Kadırov: “Stalin və Beriya əsrlər boyu lənətlənəcək”
Bizi izləyin

Dünya

Kadırov: “Stalin və Beriya əsrlər boyu lənətlənəcək”

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov çeçen və inquş xalqlarının deportasiya olunmasına görə İosif Stalin və Lavrenti Beriyaya lənət edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Kadırov bu barədə deportasiya qurbanlarının xatirə günü ilə əlaqədar “Instagram” hesabında yazıb.

“Biz faciəli keçmişi unutmayacağıq ki, o heç vaxt təkrarlanmasın!" – Kadırov vurğulayıb.

O, xatırladıb ki, 72 il əvvəl Stalin çeçen və inquş xalqlarını deportasiya edib və Beriya əməliyyata rəhbərlik edib.

“Onların ikisi də əsrlər boyu lənətlənmiş olacaq”, - Çeçenistan Respublikasının başçısı əlavə etdi.

Çeçen və inquş xalqlarının kütləvi deportasiyası 23 fevral 1944-cü il İosif Stalinin göstərişi üzrə həyata keçirilib. Bu xalqlar faşist işğalçılarına yardım etməkdə ittiham olunublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm