Aleksey Puşkov: “Türkiyənin bunları etməsi...”
Bizi izləyin

Dünya

Aleksey Puşkov: “Türkiyənin bunları etməsi...”

“Türkiyənin Suriyada yardım dəhlizlərini yenidən açması atəşkəsin pozulması sayılacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov deyib.

Puşkovun sözlərinə görə, Türkiyə atəşkəsdən faydalanaraq Suriyada dəstək verdiyi qrupların yenidən formalaşmasına kömək edə bilər.

Suriyada terrorçular və mötədil müxalifətin iç-içə girdiyini deyən komitə sədrinin fikrincə, onları ayırmaq olduqca çətin olacaq. Suriyada razılaşdırılan atəşkəs üçün görünməz təhlükələrin olduğunu iddia edən Puşkov Türkiyənin bu təhlükələrin başında gəldiyini bildirib:”Kifayət qədər açıqdır ki, Türkiyə döyüşçüləri gücləndirmək, dəstək verdiyi qrupların yenidən formalaşmasına kömək etmək, Suriya ordusu ilə Rusiya hava güclərinin məhv etdiyi yardım dəhlizlərini yenidən yaratmaq üçün bu atəşkəsdən istifadə edə bilər. Türkiyənin bunları etməsi atəşkəsin pozulması anlamına gələcək”.

Qeyd edək ki, fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşin dayandırılması rejimini uyğunlaşdırıb. Atəşin dayandırılması haqqında saziş 27 fevraldan qüvvəyə minir. Sənədin layihəsinə əsasən, İŞİD və “Ən-Nüsra” Cəbhəsi atəşkəs sazişinə daxil deyil. Sözügedən qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.

Suriya hakimiyyəti də atəşkəz razılaşmasını qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm