Ərəbistan sərhədinə hücum edildi
Bizi izləyin

Dünya

Ərəbistan sərhədinə hücum edildi

Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Necran şəhərinin atəşə tutulması nəticəsində bir əsgər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” agentliyi məlumat yayıb.

Məlumata görə, sərhəd xəttinə nəzarət edən hərbi avtomobil hədəf alınıb.

Nəticədə Əl-Arif Əkbər Rüba adlı əsgər həlak olub.

Qeyd edək ki, uzun müddətdir Yəməndə qeyri-sabitlik hökm sürür. Ötən ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının başçılığı etdiyi koalisiya qüvvələri Yəməndə husilərin irəliləyişini dayandırmaq üçün əməliyyatlar aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm