
Britaniyada istilik-elektrik stansiyasında baş vermiş partlayış nəticəsində ən azı bir nəfər həlak olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə bu gun, Oskfordşir qraflığındakı Didkot şəhərində, Londondan 40 km qərbdə, "Didcot Power Station"da baş verib. Polis olayı araşdırır. Hadisə yeri 2013-cü ildə elektroenerji hasilatını dayandıran, daş kömürlə işləyən elektrostansiyada baş verib.
Stansiyanın bəzi tikililəri darmadağın olub.