Almaniyanın Rusiyadan tələbi
Bizi izləyin

Dünya

Almaniyanın Rusiyadan tələbi

Almaniya və Fransa Ukraynanı korrupsiyaya qarşı mübarizə aparmağa və ölkənin şərqində rusiyapərəst separatçılarla atəşkəs razılaşmasına əsasən seçkilərin keçirilməsi üçün qanunun qəbul edilməsinə çağırıb.

Kiyevdə fransalı və ukraynalı həmkarları ilə çıxışı zamanı Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, atəşkəs dəfələrlə pozulub və seçki barədə qanun Ukrayna rəsmiləri tərəfindən təxirə salınıb. O bunların Minsk prosesinə mane olduğunu əlavə edib.

"Təkcə üç xarici işlər naziri deyil, Ukrayna, Avropa və bütün dünya inkişaf gözləyir. Təhlükəsizlik sahəsində inkişafın əldə olunacağını gözləyir. Biz əldə olunmuş atəşkəsin dəfələrlə pozulması ilə razılaşa bilmərik. Bu inkişaf Ukrayna xalqı üçün, eləcə də Minsk prosesinin etibarlılığı üçün lazımdır" - deyə o bildirib.

Lakin Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin Ukraynanın Minsk razılaşmasının əməl olunmasına sadiq qaldığını deyib və Rusiyanı sənədin mətnindən yayınmaqda ittiham edib. ​

Rusiya,Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirləri mart ayında Parisdə görüşməyi planlaşdırır.

Fransa xarici işlər naziri Can Mark Eyro bildirib ki, görüşdə inkişatın əldə olunması Ukrayna və Rusiyanın konkret addımlar atmasından aslı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm