PKK-dan Kılıçdaroğluya ŞOK TƏKLİF: Ərdoğana qarşı birləşək!
Bizi izləyin

Dünya

PKK-dan Kılıçdaroğluya ŞOK TƏKLİF: Ərdoğana qarşı birləşək!

PKK terror təşkilatının liderlərindən biri olan Mustafa Karasu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluya hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı birləşməyi təklif edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, terrorçu M.Karasu K.Kılıçdaroğluya müraciətində bəyan edib ki, əgər PKK CHP-nin yaxın dəstəyini alarsa, o zaman AKP özü hakimiyyətdən qaçacaq və gizlənməyə yer tapa bilməyəcək: “CHP-nin siyasi arenada güclü olması bu təklifə cavabından asılıdır. Əgər CHP bu təklifə razılıq versə, o zaman bütün demokratik və sülhsevər qüvvələr ona dəstək olacaqlar. CHP bizimlə bir yerdə olduğu təqdirdə, AKP iqtidarı özü hakimiyyəti qoyub qaçacaq və gizlənməyə yer belə tapa bilməyəcək”.

Xatırladaq ki, bu günlərdə CHP lideri Kamal Kılıçdaroğlu Diyarbəkirdə çıxışı zamanı xəndək qazan PKK terrorçularını “dost” adlandırmışdı.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm