Bolqarıstan türk diplomatı “persona non grata” elan etdi – FOTO
Bizi izləyin

Dünya

Bolqarıstan türk diplomatı “persona non grata” elan etdi – FOTO

Bolqarıstanın Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədə çalışan diplomatını “persona non grata” (arzuolunmaz şəxs) elan edib.

Publika.az xəbər verir ki, Türkiyənin Burqaz şəhərində fəaliyyət göstərən Baş Konsulluğunda çalışan türk diplomat Uğur Əmiroğlunun adı Bolqarıstan dövlətinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bolqarıstan mətbuatının yazdığına görə, türk diplomatın “persona non grata” elan edilməsinə səbəb onun bu ölkədə dini fəaliyyətlə məşğul olması və Bolqarıstan dövlətinin daxili işlərinə qarışması olub.

Uğur Əmiroğlunun Bolqarıstan tərəfindən arzuolunmaz şəxs elan edilməsi Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, bu ilin yanvar ayında Bolqarıstan parlamentinin deputatı adıçəkilən türk diplomatın fəaliyyətinin araşdırılması barədə ölkəsinin Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm