Kastro öldü!
Bizi izləyin

Dünya

Kastro öldü!

Kuba inqilabının lideri Fidel Kastronun və ölkənin hazırkı prezidenti Raul Kastronun böyük qardaşı Ramon Kastro vəfat edib.

Publika.az-ın məlumatına görə, Kubanın “Granma” qəzeti Ramonun 92 yaşı olduğunu yazıb.

“Monqo” ləqəbli Ramon Kastro Kuba inqilabının əsas simalarından biri olub. O, hərbi əməliyyatlarda şəxsən iştirak etməsə də, ərzaq və silah çatdırılmasına cavabdeh olub, benzinin defisit olduğu bir zamanda spirt əsasında yanacaq hazırlayıb.

İnqilab vaxtı valideynlərini qorumaq üçün evdə qalıb. 1959-cu il qələbəsindən sonra kənd təsərrüfatı ilə məşğul olub, kənd təsərrüfatı və qənnadı naziri postunu tutub. Kuba Əmək Qəhrəmanı adı alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm