NATO-dan Türkiyəyə xain TƏKLİF: ... yumşalmalıdır
Bizi izləyin

Dünya

NATO-dan Türkiyəyə xain TƏKLİF: ... yumşalmalıdır

“Türkiyə terror hücumlarının hədəfindədir. Ankarada törədilən terror aktına heç kim haqq qazandıra bilməz”.

Publika.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bəyan edib.

Baş katib bildirib ki, bütün bunlara rəğmən, Türkiyə 2,5 milyondan çox miqranta sığınacaq verib.

Onun sözlərinə görə, Türkiyə həm də İŞİD-ə qarşı keçirilən hərbi hava əməliyyatlarına dəstək verir: “Bildiyiniz kimi, ötən həftə Ankarada qanlı terror aktı törədilib və heç kəs bu hadisəyə haqq qazandırmamalıdır. Bunu edənlər terrora dəstək vermiş olarlar. Suriyadakı qeyri-sabitlik və problemlər NATO ölkəsi olan Türkiyəyə sıçrayır. Türkiyənin qorunması üçün lazımi dəstək göstərilməlidir. Ancaq Türkiyənin də terrorçulara verdiyi hərbi cavab yumşalmalıdır. Buna görə də NATO Suriyada sülh danışıqlarını dəstəkləyir”.

Yens Stoltenberq, həmçinin, qeyd edib ki, NATO-nun Suriyada hərbi varlığını saxlaması üçün hər hansı planı yoxdur: “NATO yalnız Suriyadan Türkiyəyə qarşı gözlənilən hərbi hücumları dəf etmək üçün regionda varlığını saxlayır. Biz Türkiyənin hava məkanının qorunmasına yaxından dəstək veririk”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm