Qaralama hazırlandı: Rusiya və ABŞ...
Bizi izləyin

Dünya

Qaralama hazırlandı: Rusiya və ABŞ...

Rusiya və ABŞ Suriyada atəşkəs rejimi üzrə razılaşmaya dəstək olaraq BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinin hazırlanması məsələsini müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov “RİA-Novosti” agentliyinə bildirib.

BMT-dəki mənbə isə deyib ki, Rusiya və ABŞ qətnamənin iki qaralamasını hazırlayıb.

“İki mətn əsasında yaxın günlərdə qətnamənin qəbulu gözlənilir. Amerika və Rusiyanın hazırladığı mətnləri bir-birinə yaxınlaşdırmaq lazımdır”, - agentliyin həmsöhbəti söyləyib.

Onun sözlərinə görə, gələcək qətnamənin uyğunlaşdırılması çətin prosesdir. Mənbə əlavə edib ki, qətnamənin müzakirəsi ikitərəfli formatda Rusiya və ABŞ arasında gedir və qaralama mətnləri Təhlükəsizlik Şurasının digər üzvlərinə verilməyib.

Qeyd edək ki, Rusiya və ABŞ fevralın 22-də Suriyada atəşkəs barədə razılığa gəlib. Razılığa əsasən Suriyada döyüş əməliyyatları fevralın 27-dən dayandırılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm