PKK İYRƏNCLİYİ: Atatürkün şəkli nişangaha çevrildi... – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

PKK İYRƏNCLİYİ: Atatürkün şəkli nişangaha çevrildi... – VİDEO/FOTOLAR

Türkiyənin cənub-şərqini qan gölünə çevirməyə çalışan PKK terror təşkilatı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə nifrətini açıq şəkildə ortaya qoyub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkir vilayətinin Silvan mahalında PKK-çıların keçdiyi təlimlərdə nişan taxtasına Atatürkün fotoşəkli yapışdırılıb.

Bu ideyanın müəllifi isə Suriyadan gələn YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) qadın bölməsi olan YPJ-nin üzvü “Dəniz” kod adlı terrorçu olub. Təşkilat bununla da əsas hədəfin Türkiyə olduğunu bir daha göstərib.

İŞİD-çilərdən ilham alan PKK terrorçuları Atatürkün fotosunun boğazına bıçaq söykəyərək şəkil çəkiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm