Məruzə dərc edildi: Təyyarəni vuran “Buk” Rusiyanındır!
Bizi izləyin

Dünya

Məruzə dərc edildi: Təyyarəni vuran “Buk” Rusiyanındır!

Ukraynanın Donetsk vilayətində “Boinq-777” sərnişin təyyarəsini vuran “Buk-M1” zenit-raket kompleksləri Kurskdan 53-cü zenit-raket briqadasının ikinci divizionunun döyüşçüləri tərəfindən Ukrayna sərhədinə çatdırılıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə beynəlxalq ekspert-jurnalist qrupu olan “Bellingcat”ın yeni məruzəsində bildirilir.

Sənədin müəllifləri müəyyənləşdiriblər ki, zenit-raket kompleksləri 2014-cü il iyun ayının 23-dən 25-dək olan tarixdə Rusiya-Ukrayna sərhədinə çatdırılıb. Bildirilir ki, zenit-raket komplekslərinin Ukraynada separatçılar, yaxud da Rusiya hərbçiləri tərəfindən idarə edildiyinə dair dəqiq məlumat yoxdur. Ancaq “Buk-M1” kompleksindən istifadənin çətin olduğunu nəzərə alan beynəlxalq ekspert-jurnalist qrupu ehtimal edir ki, komplekslərin ekipaj heyətində 53-cü zenit-raket briqadasının hərbi qulluqçuları da olub.

Məruzənin versiyası artıq Niderlandın başçılıq etdiyi beynəlxalq istintaq qrupuna təqdim edilib.

Xatırladaq ki, Malayziya hava yollarına aid sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən 85 uşaq və 15 heyət üzvü olub. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub.

Ötən il oktyabrın 13-də Niderland Təhlükəsizlik üzrə Məsləhət Şurası qəza ilə bağlı məruzəni dərc edib. Məruzədə deyilirdi ki, layner “Buk” zenit-raket kompleksindən atılan raketlə vurulub. Raketin Donetsk vilayətinin Snejnoe rayonundan atıldığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm