Dünya
ABŞ-da tükürpədən cinayət – Qarnını kəsib uşağı çıxardı
ABŞ-ın Kolorado ştatında 35 yaşlı qadının törətdiyi
dəhşətli cinayət faktı ilə bağlı məhkəmə
keçirilib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən
ilin martında baş verib. Belə ki, 35 yaşlı Daynel Leyn internetdə
“hamilələr üçün pulsuz paltar” elanı yerləşdirib. Elanı görən 27
yaşlı Mişel Uilkins paltar əldə etmək üçün Daynellə əlaqə saxlayıb.
Pulsuz paltar vəd edən qadın Mişeli evinə çağırıb.
Məlumata görə, qadınlar 1 saata yaxın söhbət etdikdən sonra Leyn
Uilkinsi itələyərək boğmağa başlayıb. Zərərçəkmiş Leyni
sakitləşdirmək üçün onu sevdiyini deyib, Leyn isə cavabında “Əgər
məni sevirsənsə, mənə bunu etməyə icazə verəcəksən” cavabını verib.
Əlbəyaxa dava zamanı Leyn qadının başına lampa ilə vurub, boğazını
bıçaq və şüşə qırıntıları ilə kəsib.
Qadın huşunu itirənə qədər Leyn onu boğmağa davam edib. Sonra 2
mətbəx bıçağı ilə 8 aylıq hamilə olan Uilkinsin qarnını kəsib və
uşağı onun bətnindən çıxarıb və vannaya qoyub.
Məhkəmə prosesində Leynin əri Devid Ridli bildirib ki, o,
“hamiləlik mübtəlası” olub. Bir ildən artıq müddətdə Leyn uşaq
gözlədiyini iddia edib. Lakin əri sonda onun yalan dediyindən
şübhələnib. Cinayət baş verən gün əri evə daxil olarkən Leyni
bütünlüklə qan içərisində görüb. Uşaq isə vannada olub. Leyn ərinə
uşağının düşdüyünü deyib və Devid onu uşaqla birlikdə xəstəxanaya
aparıb.
Uilkins isə bu zaman huşsuz vəziyyətdə evin zirzəmisində
olub.
Özünə gələn qadın polisə zəng vura bilib və dərhal müdaxilə
nəticəsində həkimlər onun həyatını xilas edə biliblər. Lakin
bətnindən çıxarılmış qız uşağını xilas etmək mümkün
olmayıb.
Leynin 2 qızının olduğu bildirilir. Məlumata görə, 2002-ci ildə
onun 19 aylıq uşağı batıb.
Leyn barədə məhkəmə hökmü aprelin 29-da veriləcək. Öldürməyə təşəbbüsə görə onu 48 ilə kimi, hamiləliyin qanunsuz olaraq dayandırılmasına görə isə 32 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı