• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Hesabat: həbslər, edamlar davam edir

  • Dünya
  • 24 Fevral 2016 18:15
  • 608 Baxış
Hesabat: həbslər, edamlar davam edir

“Amnesty İnternational” beynəlxalq təşkilatı dünyada insan hüquqlarının durumu ilə bağlı illik hesabatını yayıb.

Publika.az xəbər verir ki, hesabatın İranla bağlı bölümündə insan haqlarının kobud şəkildə pozulması hallarının davam etdirildiyi bildirilib.

“2015-ci ildə İran hakimiyyəti ölkədə azadlıqları kəskin şəkildə məhdudlaşdırıb, dinc fəallara qarşı həbs və işgəncələri, vətəndaşların, o cümlədən də yeniyetmələrin ictimaiyyət qarşısında edamını və ya onların hansısa bir bədən üzvünün kəsilməsi əməlini davam etdirib. Həmin ildə İran hökuməti sosial şəbəkələrə giriş məhdudiyyəti qoyaraq müstəqil qəzet və jurnalların fəaliyyətinə qadağa qoyub, jurnalistlər və internet fəallarını əsassız ittihamlarla tutub həbsə salıb”, - deyə hesabatda qeyd edilib.

Məryəm

Xəbər lenti

DAHA ÇOX XƏBƏR