Ərdoğan: “Rusiya bunu etməkdə davam edir”
Bizi izləyin

Dünya

Ərdoğan: “Rusiya bunu etməkdə davam edir”

“Rusiya təyyarələri Türkiyənin hava məkanını pozmaqda davam edir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Amma Türkiyə prezidenti pozuntuların nə vaxt baş verdiyini dəqiqləşdirməyib.

Ərdoğan vurğulayıb ki, Ankara Suriya ərazisində atəşin dayandırılmasına yönəldilən səyləri dəstəkləyir. Eyni zamanda o, bildirib ki, YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) atəşkəs haqqında razılaşmadan çıxarılmalıdır.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinin 2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Ankara bombardmançının Türkiyənin hava məkanını pozduğunu bildirsə də, Moskva hadisənin Suriyanın hava məkanında baş verdiyini iddia edir.

Ankara bu hadisədən əvvəl və sonra dəfələrlə Rusiya təyyarələri tərəfindən Türkiyənin hava məkanının pozulduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm