“Ərəb Baharı” əvəzinə “Kürd Baharı” – Türkiyəyə SON XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Ərəb Baharı” əvəzinə “Kürd Baharı” – Türkiyəyə SON XƏBƏRDARLIQ

“Yaxın Şərqdə baş verən “Ərəb Baharı” mart ayında “Kürd Baharı” şəklində ortaya çıxacaq”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu PKK terror təşkilatının liderlərindən olan Duran Kalkan deyib.

“Qarşıdakı mart ayında böyük müqavimət hərəkatı olacaq. 2016-cı ilin baharı “Kürd Baharı” olacaq.

Duran Kalkanın “Mart ayı” təhdidi iki kürd siyasətçinin yaxın günlərdə verdiyi bəyanatlarla üst-üstə düşür. Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Hisyar Özsoy bu günlərdə “bahara hazırlıq” görüldüyünü söyləmişdi: “Hər kəs bahara hazırlaşır. Cəmiyyətdə sülh üçün iradə ortaya qoyulmasa, bahar ilə birlikdə çox pis döyüş havasına girə bilərik. Türkiyə Yaxın Şərqdəki döyüş bataqlığının az qala içindədir. Hazırda 6 ay əvvəlki dövrlə müqayisədə daha pis vəziyyətdəyik”.

Daha bir bənzər xəbərdarlıq Hatip Diclədən gəlib. O, “Cümhuriyyət” qəzetinə verdiyi müsahibəsində aprel ayını işarə edib: “Açıq söyləyirəm. Hazırda dağlarda təxminən iki metr qar var. Qar ərimədən, yəni aprel sonuna qədər bu döyüşü dayandıra bilməsək çox geniş ərazini əhatə edən, hətta iri şəhərləri də əhatə edəcək qarşıdurmaların şahidi ola bilərik”.

Qeyd edək ki, Türkiyə ilə bağlı “Bahar planı”na dair informasiyalar hələ fevralın əvvəlində ortaya çıxıb. Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C), Marksist-Leninçi Kommunist Partiyası (MLKP), TİKKO və İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa edib. Məlumata görə, terror təşkilatları Qəndildə PKK ilə görüşərək yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi barədə razılaşıblar.

MİT və Türkiyə Milli Kəşfiyyat İdarəsi planlaşdırılan terror aktları barədə hesabat hazırlayaraq Daxili İşlər Nazirliyinə təqdim edib. Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi “fədai taqımları” ilə terror təşkilatlarının “ortaq strategiya” həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə olunub.

Hesabata görə, “terror ittifaqı” Diyarbəkr, Şırnak, Hakkari, Batman, Sirt, Mardin, Muş və Ağrı vilayətlərində mart ayının ilk həftəsindən başlayaraq terror aktları həyata keçirməyi planlaşdırır. Məqsəd sözügedən ərazilərdə “azad edilmiş” bölgə elan etməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm