QRU və FSB “arzuolunmazlar”ın məhvinə başlayır – ŞOK İDDİA
Bizi izləyin

Dünya

QRU və FSB “arzuolunmazlar”ın məhvinə başlayır – ŞOK İDDİA

Ukraynanın Donetsk vilayətinə Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsi (QRU) və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlı dəstəsi gəlib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Məlumata görə, dəstə Donetskdəki Rusiyanın “işğal qoşunları”na tabe olmayan “arzuolunmaz şəxslər”in fiziki məhvi barədə təlimat alıb. Xüsusi təyinatlı dəstə 150 nəfərdən ibarətdir.

Bundan başqa, kəşfiyyatın məlumatına görə, Donetsk vilayətinin İzvarino qəsəbəsinə Rusiyadan 60 hərbi qulluqçu və 30 ton döyüş sursatı gətirilib. Eyni zamanda Amvrosiyevka şəhərinin ərazisində üç tank, iki BMP, döyüş sursatları ilə üç yük avtomobili, “Novoazovsk” nəzarət buraxılış məntəqəsinin yaxınlığında şəxsi heyətlə dörd yük avtomobili görünüb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kremlin Donbasdakı terrorçu liderləri məhv etməyə qərar verdiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm