• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Yaxın Şərqdə poliqon genişlənir - İran “Hizbullah”ı...

  • Dünya
  • 25 Fevral 2016 00:28
  • 1 095 Baxış
Yaxın Şərqdə poliqon genişlənir - İran “Hizbullah”ı...

Yaxın Şərqdə İranın ən yaxın müttəfiqlərindən sayılan Livanın “Hizbullah” təşkilatı Yəməndə şiə husilərin yanında döyüşür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq arenada rəsmi olaraq tanınan hökuməti bildirib.

Yəmən hökuməti “Hizbullah”ın Yəməndə terrorçu fəaliyyətindən bəhs edən sənədin BMT Təhlükəsizlik Şurasına təqdim olunacağını açıqlayıb. Hökumətin bu açıqlaması Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytin vətəndaşlarına Livana səyahəti qadağan etməsindən dərhal sonra verilib.

Səudiyyə Ərəbistanı ötən həftə Livana ediləcək 4 milyard dollarlıq hərbi yardımı kəsib. Ər-Riyad bunu Livanın “Hizbullah”ın əsas dəstəkçisi olması və Səudiyyə Ərəbistanı-İran qarşıdurmasında İranın yanında olması ilə izah edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi ərəb koalisiyası Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hərbi əməliyyatlar həyata keçirir. Suriyada İranla birlikdə Bəşər Əsəd rejiminin tərəfində döyüşən “Hizbullah”ın Yəməndə döyüşə qatılması ilə qarşıdurmaların daha da genişlənəcəyi gözlənilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR