Türkiyəyə növbəti sanksiya – bütün müqavilələr donduruldu
Bizi izləyin

Dünya

Türkiyəyə növbəti sanksiya – bütün müqavilələr donduruldu

Rusiya Türkiyə ilə olan bütün hərbi-texniki əməkdaşlığı dayandırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Rusiya prezidentinin köməkçisi Vladimir Kojin bildirib.

“Müqavilələrimiz var idi, silah və sursat tədarük edirdik. Təbii olaraq bütün tədarük və müqavilələr hazırda dayandırılıb. Vəziyyət Rusiya prezidentin ifadə etdiyi nöqtəyə gələnə kimi dəyişməyəcək”, - prezident köməkçisi deyib.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinin 2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Ankara bombardmançının Türkiyənin hava məkanını pozduğunu bildirsə də, Moskva hadisənin Suriyanın hava məkanında baş verdiyini iddia edir.

Rusiya münasibətlərin normallaşması üçün hadisəyə görə üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiyanın ödənilməsini tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm