Sərnişinlər üçün pulsuz internet
Bizi izləyin

Dünya

Sərnişinlər üçün pulsuz internet

Avstraliyanın aparıcı “Qantas” aviaşirkəti ölkənin bütün ərazisində öz sərnişinlərinə uçuş vaxtı pulsuz internet xidməti təklif edən ilk aviadaşıyıcı olacaq. Bu barədə şirkətin icraçı direktoru Allan Coys məlumat verib.

“Qantas” şirkəti müştərilərinə bu xidməti ABŞ-ın “ViaSat” şirkəti ilə əldə etdiyi razılaşmaya əsasən göstərəcək. “Qantas” ABŞ şirkətinin Avstraliya ərazisində tətbiq etdiyi milli genişxətli internet (NBN) şəbəkəsindən istifadə edəcək. Güman edilir ki, havada interməlumatların yüklənməsi saniyədə 25 meqabit sürətlə həyata keçiriləcək.

Avstraliyada işləyən dünyanın “Singapore Airlines”, “Emirates” və “Ettihad” kimi tanınmış aviadaşıyıcıları hələ iki il bundan əvvəl öz müştərilərinə internet xidməti təklif etsələr də, bu, yaşıl kontinentin heç də bütün ərazisini əhatə etmir. Eyni zamanda, bu xidmət yalnız birinci və biznes sinfə aid olan sərnişinlərə pulsuz göstərilir. Qənaət sinfinin sərnişinləri isə bu xidəmtdən iki saat istifadə üçün 10-12 ABŞ dolları ödəyirlər.

“Qantas” sərnişinlərə Avstraliya daxilində pulsuz internet xidmətini 2017-ci ilin birinci yarısında, beynəlxalq xətlərdə isə cari ilin sonlarında göstərməyə başlamağı planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm