Baş nazir: “Rusiyanın qorxusundan yata bilmirəm”
Bizi izləyin

Dünya

Baş nazir: “Rusiyanın qorxusundan yata bilmirəm”

Estonyanın baş naziri Taavi Rayvas Rusiya təhdidinə ilə əlaqədar gecələr rahat yata bilmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu baş nazir Estonya Müstəqillik Bəyannaməsinin 98-ci ildönümünə həsr edilən tədbirdə deyib.

“Son illərdə müttəfiqlərimiz gecələri niyə rahat yatmadığımı soruşur. Mənim də cavabım çox dəqiqdir. Səbəbi Rusiyanın təcavüzkar davranışları və mənfəətlərini qorumaq üçün davamlı şəkildə hərbi gücünü göstərməsidir. Rusiyanın hədəfi Avropanın təhlükəsizlik arxitekturasını dağıtmaqdır. Gürcüstan, Krım, Ukrayna və Suriyada baş verənlər isə böyük bir müharibənin ayrı-ayrı döyüşləridir”, - baş nazir söyləyib.

Müharibənin yalnız tanklar və raketlərlə aparılmadığını deyən Taavi Rayvas Rusiya təbliğatının Avropa ölkələrində genişləndiyini vurğulayıb. O, Avropanın bəzi ölkələrində Kreml tərəfdarı partiya və siyasətçilərin olmasından narahat olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm