“Krım dəhlizi”nə ağır zərbə – Ukrayna strateji məntəqəni qaytardı – FOTOLAR
Bizi izləyin

Dünya

“Krım dəhlizi”nə ağır zərbə – Ukrayna strateji məntəqəni qaytardı – FOTOLAR

Ukrayna ordusunun bölmələri Donetsk vilayətinin Şirokino qəsəbəsini nəzarət altına alıblar.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “M” sektorunun zabiti Aleksandr Kindsfater bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl separatçılar Şirokino qəsəbəsini tamamilə tərk ediblər.

“Hazırda ərazinin minalardan təmizlənməsi və partlayış təhlükəsi olan predmetlərin aradan qaldırılması üzrə tədbirlər həyata keçirilir. Praktik olaraq hər ev minalanıb. Bu fakt onu göstərir ki, separatçılar Ukrayna hərbçilərinə və evlərinə qayıtmaq istəyəcək dinc əhaliyə qarşı genişmiqyaslı terror aktını planlaşdırırdılar”, - o vurğulayıb.

Kindsfater həmçinin bildirib ki, Ukrayna bölmələri hazırda Şirokinoda müdafiə mövqelərini gücləndirir.

Qeyd edək ki, qəsəbə Minsk razılaşmalarına əsasən Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olmalı idi. Şirokino qəsəbəsi Ukrayna ordusunun nəzarət etdiyi Mariupol şəhəri ilə separatçıların nəzarət etdiyi Novoazovsk şəhəri arasında, Azov dənizinin sahilində yerləşir. Qəsəbə Krım yarımadasına gedən quru dəhlizin üzərində yerləşən Mariupolun saxlanılması üçün strateji məntəqə hesab olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm