TARİXİ SÜBUT: Fransada qədim müsəlman qəbirləri - FOTOLAR
Bizi izləyin

Dünya

TARİXİ SÜBUT: Fransada qədim müsəlman qəbirləri - FOTOLAR

Antropoloqlar Fransanın cənubunda yerləşən Nim şəhərinin yaxınlığında erkən orta əsrlərə aid müsəlman qəbirlərinin izlərini aşkar ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatların nəticələri “PLoS ONE” jurnalında dərc edilib.

Alimlər tapılan üç qəbirdə genetik analiz aparıblar və dəfn olunanların yaşını müəyyən ediblər. Ölənlər üzü qibləyə - Məkkə istiqamətində müsəlman adətlərinə uyğun dəfn olunublar. Genetik analiz onların Şimali Afrika şəcərəsini göstərir. Radio-karbon analiz sümüklərin VII-IX əsrə aid olduğunu müəyyən edib.

Alimlər hesab edirlər ki, dəfn olunanlar 661-ci ildə Dəməşqdə hakimiyyətə gəlmiş Əməvilər sülaləsinə aid bərbərlərə aiddir. Tapıntı Qərbi Avropada ərəblərin varlığını təsdiq edən ən qədim sübutlardandır.

Nim şəhəri Aralıq dənizinin sahilindən 36 kilometr uzaqda yerləşir. Əsası eramızdan əvvəl qoyulan şəhərdə hazırda 130 mindən çox insan yaşayır. Şəhəri ərəblər VIII əsrdə tutublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm