Kerri Kremldən seçim tələb etdi: “Sanksiyalar, yoxsa...”
Bizi izləyin

Dünya

Kerri Kremldən seçim tələb etdi: “Sanksiyalar, yoxsa...”

ABŞ dövlət katibi Con Kerri Ukraynanın şərqində vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiyaya xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kerri Rusiyadan sanksiyaların saxlanılması və Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrası arasında dəqiq seçim etməyi tələb edib.

Onun sözlərinə görə, ATƏT-in məlumatları göstərir ki, Kremlin nəzarətində olan separatçılar Minsk razılaşmalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə riayət etmirlər.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Donbas hövzəsindəki separatçıların Minsk razılaşmalarını yerinə yetirməli olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm