İranda DƏHŞƏT: Kəndin bütün kişiləri edam olunub
Bizi izləyin

Dünya

İranda DƏHŞƏT: Kəndin bütün kişiləri edam olunub

“Hazırda ölkənin Sistan-Bəlucistan əyalətində bir kənd var ki, bu kəndin bütün kişiləri narkotik maddələrin qaçaqmalçılığına görə edam edilib”.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi deyib.

O, edam edilən şəxslərin ailələrinə dəstək qanununun ləğv olunmasından narazı olduğunu bildirib: “Bir ailənin başçısı narkotik qaçaqmalçılığı ilə ittiham olunaraq zindana düşüb və ya edam edilirsə, qanun həmin şəxsin mülkiyyətini də müsadirə edir. Halbuki həmin şəxsin sahibi olduğu kiçik bir ev onun arvad-uşaqlarının yeganə sığınacağıdır. Qanun onların sahib olduqları sığınacağı da əllərindən almaqla həmin şəxsləri cinayətə sövq edir. Edam edilən həmin şəxslərin digər ailə üzvləri bu gün potensial cinayətkardırlar. Ailənin maddi ehtiyaclarını təmin etmək üçün atalarının yolunu gedə bilərlər. Bu insanlara niyə heç bir dəstək verilmir, onların sonrakı taleyinə niyə laqeyd yanaşılır!? Cəmiyyət ailə başçısının törətdiyi əməlin qurbanına çevrilən belə başsız ailələrin taleyi qarşısında məsuliyyət daşımalıdır”.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm