ŞOK: Misir prezidenti hərraca çıxarıldı - FOTO
Bizi izləyin

Dünya

ŞOK: Misir prezidenti hərraca çıxarıldı - FOTO

Misir prezidenti Əbdülfəttah əs-Sisi eBay internet-hərracında satışa çıxarılıb.

Publika.az “Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının dünən verdiyi bəyanat olub.

Prezident bildirib ki, Misirdə borc böhranının öhdəsindən gəlmək üçün kömək edərlərsə, özünü satmağa hazırdır. Liderin bəyanatı sosial şəbəkələrdə istehzalar və zarafatlara səbəb olub.

Əbdülfəttah əs-Sisi bir neçə saat internet hərracda satışa qoyulub. Lotun dəyəri 100 min dollara qədər qalxıb. Satıcı “malı” “feldmarşal və fəlsəfə doktoru” kimi xarakterizə edib.

“eBay” internet-hərracının rəhbərliyi satıcının yumorunu sonradan səhifədən silib.

Qeyd edək ki, Misirin ağır iqtisadi problemlər dövrünü yaşayır. Xarici investisiyalar və turizm gəlirlər kəskin aşağı düşüb. 2013-cü ilin sonuna olan məlumata görə, Misirin xarici borcu 49 milyard dollar təşkil edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm