Ukraynanın “xilaskarı” tapıldı – Kiyevə qayıdır
Bizi izləyin

Dünya

Ukraynanın “xilaskarı” tapıldı – Kiyevə qayıdır

Maydan hadisələri zamanı Rusiyaya qaçan Ukraynanın sabiq baş nazir naziri Nikolay Azarov “ölkənin dirçəlişi planının reallaşdırılması” üçün Ukraynaya qayıtmağı düşünür.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Azarov bu barədə Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Ukraynaya mütləq qayıdacağam. Mən burada keçmiş baş nazirəm, amma keçmiş Ukrayna siyasətçisi deyiləm”, - Azarov deyib.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələri diqqətlə izləyir və insanlarla ünsiyyət saxlamaqda davam edir. Azarov Ukraynada sistemli dövlət idarəçiliyinin olmadığını qeyd edib.

Bundan başqa, Azarov Ukraynanın “qurtuluşu üçün” absurd ideyanı - Ali Radanın yeddinci çağırışının bərpa edilməsini təklif edib. Sabiq baş nazir əmindir ki, vəkalət müddəti 2017-ci ildə başa çatacaq Ali Radanın yeddinci çağırışı Ukraynada yeganə qanuni hakimiyyət orqanıdır.

“Konstitusiyada heç bir prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı nəzərdə tutulmayıb. Amma bu postu Turçinov qanunsuz tutdu. Yeddinci çağırış Ali Radanın səlahiyyətləri bərpa edilməlidır”, - Azarov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm