Suriyada tarazlığı dəyişdirəcək həmlə – Türkiyə Rusiyanı necə “kor” etdi? - VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Suriyada tarazlığı dəyişdirəcək həmlə – Türkiyə Rusiyanı necə “kor” etdi? - VİDEO/FOTOLAR

Türkiyədə istehsal olunan KORAL (Radar Electronic Attack System) hava hücumundan müdafiə sistemi Rusiya üçün baş bəlasına çevrilməkdədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, KORAL-ın Hatayda yerləşdirilməsindən bu yana Rusiya təyyarələrinin Suriyada hədəfləri 4 dəfə səhv vurması ortaya müəyyən suallar çıxarıb.

Son olaraq Suriyada səhvən YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) düşərgələrini vuran Rusiya təyyarələri daha əvvəl müttəfiqi Suriya rejiminin güclərini vurmuşdu. Türkiyədə istehsal olunmuş yeni KORAL hava hücumundan müdafiə sistemi fevralın 22-də ölkənin Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Ancaq KORAL hələ ötən ilin iyul ayından Hataydadır. İyul ayından etibarən Hatayda sınaqlardan müvəffəqiyyətlə keçib.

“24 TV”nin qonağı olan professorMesut Hakkı Caşın KORAL və Rusiya təyyarələrinin qarşıdurmasını “Bölgədə Rusiya ilə elektronik qılınc-qalxan oynayırıq” şəklində xarakterizə edib. Rusiyanın da bölgəyə S-300 və S-400 kimi zenit-raket sistemləri ilə yanaşı KORAL-ın alternativi olan “Krashuka-4” elektronik sistemlərini gətirdiyini deyən Caşınin sözlərinə görə, Rusiyanın elektronik sistemləri Türkiyənin analoji sistemlərindən daha zəifdir.

Türkiyəli professorun sözlərinə görə, Rusiya Suriyada “elektronik müharibə”də məğlub olacaq.

KORAL-ın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi rusları narahat edib. Rusiyanın Geosiyasi Problemlər Akademiyasının əməkdaşı Konstantin Sivkov sözügedən sistemlər haqqında tam olaraq məlumata sahib olmadıqlarını, amma S-400 raketləri üçün mane təşkil edə biləcəyini qeyd edib: “S-400 raketlərinin kor olma ehtimalını düşünmək belə çox təhlükəlidir”.

Adı gizli saxlanılan bir başqa rusiyalı radar mütəxəssisi KORAL-ın son dərəcə təhlükəli sistem olduğunu bildirib: “Bölgədəki bütün sistemlərin kor edilyinə dair bəzi informasiyalar alırıq. Birləşmiş Millətlər Təşkilatı bu mövzuda lazımı addımlar atmalıdır”.

Amerikanın bəzi hərbi saytları da KORAL-ın kor etmə qabiliyyətinin qorxunc miqyasda olduğunu yazıb.

“Jammer” sistemli KORAL sistemi böyük tezlik diapazonunda hədəflərin çoxsaylı siqnallarını təhlil edir və avtomatik olaraq yüksək tezlikli rəqəmsal yaddaşı sayəsində cavab addımlarının alqoritmini formalaşdırır. KORAL əldə olan məlumatlar sayəsində istənilən yerüstü, dəniz və aviasiya bazalı radiolokasiya sistemlərini məhv edə və azdıra bilər. KORAL-ın istehsalı və idarə olunması haqqında çox məlumat yoxdur. Bu sistem 150 kilometr məsafəni əhatə edir. Bu isə o deməkdir ki, Türkiyə ordusu Rusiyanın Suriyada yerləşən Xmeymim hərbi bazasını təsiri sahəsində saxlaya bilir.

Bu yeni sistem düşmənin ətraf şəraitdən məlumatı olmasının mümkünlüyünü azaldır, ona görə də rusları istiqamətdən azdırmağa, hərbi vəziyyət barədə məlumatın gizlədilməsinə və onların Türkiyə ordusu üçün təhlükə yarada biləcək silah sistemlərini kor etmə qabiliyyətinə malikdir. KORAL Xmeyim aviabazasında yerləşdirilən S-400 radar sistemlərinin siqnallarının qarşısını alaraq onları “kor edə bilər”.

Məlumata görə, Rusiya və ABŞ təyyarələri son 5 gündə iki dəfə səhv hədəfləri bombalayıb. Hər iki ölkə gecə uçuşlarını dayandırmaq məcburiyyətində qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm