Kerri ABŞ-ın ən çox qorxduğu təhlükədən danışdı
Bizi izləyin

Dünya

Kerri ABŞ-ın ən çox qorxduğu təhlükədən danışdı

Dini ekstremizm ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdiddir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Konqresin Nümayəndələr Palatasının xarici işləri üzrə komitəsində etdiyi çıxışında deyib.

Nümayəndələr Palatasının üzvlərindən biri Kerridən ABŞ üçün ən böyük təhlükənin Rusiya olduğuna dair fikirləri şərh etməyi istəyib.

“Əgər siz ABŞ üçün gündəlik həyatda əsas təhlükəni müəyyən etməyimi istəyirsiniz, bu amansız radikal dini ekstremizmdir”, - dövlət katibi cavab verib.

O, həmçinin vurğulayıb ki, dini ekstremizm təhlükəsi ilə yalnız ABŞ deyil, həm də Rusiya qarşılaşır.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama 2014-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının tribunasından çıxış edərək beynəlxalq sülh və təhlükəsizlik üçün üç əsas təhlükənin olduğunu bildirib. O, ardıcıl olaraq Ebola virusu, Rusiya və İŞİD-in adını çəkib.

“Gallup International” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, ABŞ vətəndaşları “əsas düşmən” kimi Şimali Koreyanı görürlər. Rusiya əsas təhdidlərin siyahısında ikinci yeri tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm