NATO: “Rusiyaya hücum edə bilərik”
Bizi izləyin

Dünya

NATO: “Rusiyaya hücum edə bilərik”

“Lazım olarsa Rusiyaya hücum edə və qalib gələ bilərik”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu NATO Silahlı Qüvvələrinin Avropadakı baş komandanı, amerikalı general Filipp Bridlav deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında danışan Bridlav ABŞ-ın Avropa Komandanlığı (EUCOM) və NATO-nun Rusiya ilə döyüşməyə hazır olduğunu bildirib.

“Rusiya ABŞ və Avropadakı müttəfiqlərimiz üçün təhdiddir. Beynəlxalq arenada qəbul olunan qaydaları yenidən yazmağa çalışan Rusiya neytral bölgə qurmaq üçün qonşu ölkələr üzərində təzyiq yaradır. Rusiya transatlantik birliyimizi pozmaq istəyir”, - amerikalı general söyləyib.

Qeyd edək ki, Bridlav ötən ayın sonunda hazırladığı yeni strategiyasında Rusiyanın başlıca təhdid hesab etmişdi. “Rusiya müxtəlif bölgələrdəki müttəfiqlərimiz və tərəfdaşlarımıza meydan oxuyur. Bu qlobal bir problemdir və qlobal reaksiya tələb edir”. – sənəddə deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm