Taliban liderləri Pakistana yığışır
Bizi izləyin

Dünya

Taliban liderləri Pakistana yığışır

“Pakistan birbaşa sülh danışıqlarına başlamaq üçün Talibanın nüfuzlu 10 nümayəndəsini martın ilk həftəsində İslamabada toplamalıdır”.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu fevralın 25-də adı çəkilməyən Əfqanıstan rəsmisi deyib.

Qeyd edək ki, martın əvvəllərində İslamabadda Əfqanıstan hökuməti ilə Taliban arasında birbaşa sülh danışıqları başlanmalıdır. Danışıqlara ABŞ, Çin, Əfqanıstan və Pakistan rəsmiləri vasitəçilik edir. Bu görüş barədə fevralın 23-də məlumat verilib. Amma Talibanın Qətərdəki ofisinin sözçüsü bundan xəbərsiz olduğunu bildirmişdi. Məqsəd 15 ildir ki, Əfqanıstanda davam edən vətəndaş müharibəsinə son qoymaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm