• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

İŞİD Mark Zukerberq və Cek Dorsini təhdid edib

  • Dünya
  • 26 Fevral 2016 06:40
  • 692 Baxış
İŞİD Mark Zukerberq və Cek Dorsini təhdid edib

İslam Dövləti ilə əlaqəli olan haker qrupu Facebook-un və Twitter-in təsisçiləri Mark Zukerberq və Cek Dorsini təhdid edib.

“Xəlifətin oğulları“ “Dəstəkçilərin alovu“ adlandırdıqları 25 dəqiqəlik videoda bu iki texnologiya nəhəngini alov içərisində nümayiş etdirib.

Video İŞİD üzvlərinin hələ də Facebook və Twitter-də hesabları olduğunu göstərir. Baxmayaraq ki, onların bu şəbəkələrdən uzaqlaşdırılması üçün ölçülər götürülüb.

Videoda onlar 10 min Facebook hesabları 150 facebook qrupları və 5 min Twitter hesabları olduğunu iddia edib.

“Siz hər gun bizim hesablarımızı ləğv etdiyinizi bildirirsiniz. Bu, sizin görəcəyiniz tək işdirmi? Əgər bir hesab bağlansa, biz bunun əvəzinə 10-nu bağlayacağıq. Yaxın zamanda adınız silinəcək, saytlarınız bağlanacaq. Allahın köməkliyi ilə dediklərimizin həqiqət olduğuna şahid olacaqsınız” - videoda bildirilir.

Facebook və Twitter mesajın pozulması üçün hələ ki, heç bir ölçü götürməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR