İtalyan mafiyasının milyardları dünyanı çaşdırdı
Bizi izləyin

Dünya

İtalyan mafiyasının milyardları dünyanı çaşdırdı

İtalyan mafiya qruplaşması “Ndranqeta” 2013-cü ildə 73 milyard dollar qazanıb.



Bu, birlikdə götürdükdə Amerikanın “McDonald's” korporasiyasının və Almaniya “Deutsche Bank”ının gəlirlərindən 1 milyard dollar çoxdur. Bunu İtaliya tədqiqat institutu “Demoskopika” ortaya çıxarıb.



İnstitutun ekspertlərinin məlumatına görə, mafioz klanın gəlirləri İtaliya ümumi daxili məhsulunun (ÜDM) 3,5%-nə bərabərdir. Analitiklər qeyd ediblər ki, mafiya əsas gəliri qanunsuz narkotik dövriyyəsindən ($33,3 mlrd) və zibilin utilizasiyasından ($26,9 mlrd) əldə edir.



“Ndranqeta” qruplaşması yalnız İtaliyada deyil, bütün dünyada fəaliyyət göstərir. Siciliya qruplaşması “Koza Nostra” və Neapol qruplaşması “Kamorra” ilə əməkdaşlıq edən “Ndranqeta” regiondakı narkotrafikin böyük hissəsinə nəzarət edir. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm