İşdən qovuldu, qətliam törətdi - 4 ölü, 14 yaralı
Bizi izləyin

Dünya

İşdən qovuldu, qətliam törətdi - 4 ölü, 14 yaralı

ABŞ-da çoxsaylı insan ölümü ilə nəticələnən növbəti silahlı insident baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxs Kanzas ştatındakı fabrikin işçilərinə atəş açaraq 4 nəfəri öldürüb, 14 nəfəri yaralayıb.

Hadisə yerinə çağırılan polis cinayətkarı güllələyib. Bəzi media orqanlarının yazdığına görə, 38 yaşındakı silahlı Kedric Fordun özü də hadisənin baş verdiyi fabrikdə işləyib. Digər iddialara görə isə, Ford az öncə iş yerindən qovulub.

Ötən həftə Çikaqo şəhərində baş verən silahlı hücumda isə silahlı 6 nəfəri öldürmüş, 2 nəfəri yaralamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm