• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

ABŞ onları Rusiyaya qaytarır

  • Dünya
  • 26 Fevral 2016 13:30
  • 871 Baxış
ABŞ onları Rusiyaya qaytarır

ABŞ Rusiya arxivlərindən oğurlanmış tarixi sənədləri qaytaracaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, XVIII-XX əsrlərə aid olan 28 sənəd ABŞ-ın Rusiyadakı səfirliyində Rusiya tərəfinə veriləcək.

Tarixi sənədlər 1990-cı illərin əvvəllərində Rusiya arxivlərindən oğurlanıb. Onların üzərində I Pyotr, Anna İvanovna, Yelizaveta Petrovna, I Pavel, həmçinin İosif Stalin kimi Rusiya hökmdarlarının imzaları var.

Mütəxəssislər qeyd edirlər ki, Rusiya Dövlət Tarix Arxivi, Rusiya Dövlət Hərbi Arxivi və Rusiya Ədəbiyyat və İncəsənət Arxivindən qazanc məqsədi ilə oğurlanan sənədlər bədii qalereyalar, şəxsi kolleksiyaçılar və hərrac evləri tərəfindən satış üçün hərraca çıxarılıb. Beləliklə, bir neçə il ərzində ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin istintaq xidmətinin əməkdaşları onları aşkar ediblər.

Məlumata görə, sənədlərin bir hissəsi 1994-cü ildə Rusiya arxivlərindən Vladimir Fraynberq tərəfindən oğurlanıb. Moskva Rusiya imperatorlarının 700-dən çox unikal avtoqrafının olduğu və hərrac dəyəri təxminən 24 milyon olan sənədləri qaytarmaq istəsə də, buna nail olmamışdı.

ABŞ-ın Rusiya səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib ki, tarixi sənədlərin qaytarılması faktı siyasi qarşıdurmaya baxmayaraq, praktik məsələlər üzrə iki ölkə arasında əməkdaşlığın davam etdiyini göstərir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR