“Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI
Bizi izləyin

Dünya

“Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

Rusiya son vaxtlar qızıl ehtiyatlarını artırmağa başlayıb.

Publika.az xəbər verir ki, Almaniyanın “Die Welt” nəşri Rusiya prezidenti Vladimir Putinin bu planının arxasında dolları zəiflətmək istəyi olduğunu yazıb.

Nəşr qeyd edir ki, Rusiya bütün maliyyə çətinliklərinə baxmayaraq, qızıl ehtiyatlarını artırır. Bunun heç bir iqtisadi əsasının olmadığını bildirən “Die Welt” hesab edir ki, Putin “səssiz hücum” planını həyata keçirir.

“Qızıl ehtiyatlarının artırılması dolların hakimiyyətinə qarşı səssiz şəkildə həyata keçirilən bir hücumdur. Qızıl ehtiyatları yanvar ayında uzun müddətdən bu yana ilk dəfə 20 ton artırılıb. Hazırda Rusiyanın qızıl ehtiyatları 1300 tondan çoxdur. Siyasətçilər Moskva ilə Qərb arasında yeni “soyuq müharibə”nin başlanmasından qorxurlar, halbuki müharibə uzun müddətdir ki, maliyyə sektorunda davam edir. Putin qlobal hakimiyyəti ələ keçirmək istəyir. Qızılın yüksək miqdarda alışı üçün heç bir iqtisadi səbəb yoxdur. Ölkə 1990-cı illərdən bu yana ən ağır iqtisadi böhranını yaşayır, rubl getdikcə dəyərini itirir və buna görə də hər bir dolların ölkə üçün faydası var. Ancaq Putin qızıl ehtiyatlarını artırmaq yolunu seçib”, - “Die Welt” qeyd edib.

Rusiyanın qızıl ehtiyatlarının son 12 ayda ən azı 200 ton artdığını bildirən nəşr hesab edir ki, Putin nəyin bahasına olursa-olsun dollardan imtina etmək istəyir. “Die Welt” qeyd edir ki, qızıl Putin üçün bir sığorta vasitəsidir: “Qızıl faiz gətirmir, amma valyuta bazarlarındakı dalğalanmalara qarşı müdafiəni təmin edir. Beləliklə, qızıl Rusiyanı böhrandan qoruyur. Böyük miqdarda qızılın alışı onu göstərir ki, Putin mövcud xarici siyasətini davam etdirəcək”.

Hazırda Rusiyadan daha aktiv şəkildə qızıl alan yeganə ölkə Çindir. Çin 1600 tondan çox qızıl ehtiyatı ilə dünyada beşinci sıradadır. Rusiya altıncı pillədədir. İlk dörd yeri ABŞ, Almaniya, İtaliya və Fransa tutur.

“Die Welt” Çinin də Rusiya ilə eyni hədəfin arxasında olduğunu ehtimal edir: “Çin də dollar asılılığından xilas olmaq istəyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm