Bir səslə dünyanı dəyişdirənlər - FAKTLAR
Bizi izləyin

Dünya

Bir səslə dünyanı dəyişdirənlər - FAKTLAR

Beynəlxalq təcrübə göstərir ki, bəzən bircə seçici səsi tarixdə böyük fərq və nəticə yaradır.

Publika.az xəbər verir ki, belə hallar Qərb ölkələri, xüsusən ABŞ tarixində bir neçə dəfə baş verib.

Məsələn ABŞ-da üç ştatın mövcudluğu yalnız bir seçici səsinin sayəsində baş verib. Bununla bağlı faktlar maraqlı tarixi anları əks etdirir.

Belə ki, 1850-ci ildə keçirilmiş seçkilər nəticəsində bir seçici səsi Kaliforniyaya ştat statusu verib.

1859-cu ildə bir seçici səsi üstünlüyü nəticəsində Oreqon ştat statusu alıb.

1868-ci ildə bir seçici səsi ölkə prezidenti Endryu Consonu vəzifəsindən azad edilməkdən xilas edib.

1889-cu ildə bir seçici səsinin üstünlüyü ilə əlaqədar Vaşinqtona ştat statusu verilib.

Tennessi ştatında 19-cu düzəlişin qəbul edilməsi nəticəsində qadınlara səsvermə hüququnun verilməsi də bir seçici səsi nəticəsində reallaşıb. Bu, 1920-ci ildə baş verib.

Daha bir maraqlı hadisə 1844-cü ilə aiddir. İndiana ştatında yaşayan Friman Klark adlı fermer seçki günü ciddi xəstələnib. Məsələ o həddə çatıb ki, senata seçkilər zamanı David Kelsoya səs vermək üçün onu seçki məntəqəsinə oğlu aparmalı olub. Klark səsvermədən sonra evə qayıdarkən yolda vəfat edib. David Kelso isə onun sayəsində bir seçici səsi üstünlüyü ilə ştatdan senator seçilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm