Türkiyədə gülənçilərin həbsi başladı
Bizi izləyin

Dünya

Türkiyədə gülənçilərin həbsi başladı

Türkiyədə bir tanınmış jurnalist həbs olundu, digəri ölkədən qaçdı

Türkiyədə Xarici İşlər Nazirliyindəki dinləmə skandalıyla əlaqədar ehtimallarını açıqlayan Öndər Aytaçdan sonra "Taraf" qəzetinin jurnalisti Mehmet Baransunun da nəzarətə alındığı deyilir.

Öndər Aytaç Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşıdır. O, dünən yerli telekanalların birində bəyan etmişdi ki, Türkiyə Suriyaya müdaxilə etməyə hazırlıq görür.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, əvvəl çıxış etdiyi bir televiziya proqramında XİN-də keçirilimiş təhlükəsizlik yığıncağının qeyri-qanuni dinlənməsindən məlumatlı olduğunu demiş Aytaçın Ankarada nəzarətə alındığı öyrənildi.

Mehmet Baransunun da nəzarətə alındığı bildirilir. Haqqında həbs qərarı olduğu deyiln bir başqa jurnalist Əmrə Uslunun isə bu anda Brüsseldə olduğu üçün nəzarətə alına bilmədiyi iddia edilir. Əmrə Uslu həbslərdən təxminən bir həftə əvvəl Belçikanın paytaxtı Brüsselə getmişdi. Sosial mediada haqqındakı "əməliyyatdan qaçdığı" iddialarına "Seçkilər üçün geri dönəcəyəm" şəklində cavab vermişdi.

Xatırladaq ki, dünən "Youtube" sosial şəbəkəsində Suriyadakı vəziyyətə həsr edilmiş gizli yığıncağın audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyı kəşfiyyatı və Silahlı Qüvvələr Baş Qərargahının rəhbərləri iştirak ediblər.Bundan sonra Türkiyədə "Youtube"a giriş bağlanıldı.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm