• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

ABŞ-ın İŞİD sirri açıldı: Kennedidən ŞOK ETİRAFLAR

  • Dünya
  • 26 Fevral 2016 21:30
  • 3 663 Baxış
ABŞ-ın İŞİD sirri açıldı: Kennedidən ŞOK ETİRAFLAR

Dünya liderləri və hətta “tarixi simalar” ABŞ-ı gah İŞİD-i yaratmaqda ittiham edir, gah başqa ölkələri məhv etməyinin əsil səbəblərini faş edirlər. Gah Hillari Klintonun əvvəlki yazışmalarında Liviyaya soxulmağın əsil səbəbləri – qızıl, neft, Fransanın artan nüfuzu – səslənir, gah da Britaniyanın keçmiş baş naziri Bleyer İŞİD-in yaradılmasında ABŞ-ın günahını etiraf edir.

İndi isə, budur, Kennedi ABŞ-ın Bəşər Əsədlə müharibəsinin əsil səbəblərini faş edib. Səbəblərsə sadədir – məsələ qaz kəməri və energetik üstünlükdədir.

Deməli, ABŞ-ın öldürülmüş prezidenti Con Kennedinin Amerika elitasında artıq on illərdir dolaşan qardaşı oğlu, "Politico"ya müsahibəsində etiraf edir:

“Surya prezidenti Əsədin Qətərdən Avropya qaz kəməri çəkilməsindən imtina etməsi onun devrilməsi üzrə ABŞ kampaniyası üçün həlledici əhəmiyyət kəsb etdi. Bizim Bəşər Əsədə qarşı müharibəmiz 2011-ci il “ərəb baharı”nın dinc vətəndaş etirazlarından başlamayıb. O, 2000-ci ildə Qətər Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə ərazisindən Avropaya 10 milyard dollar dəyərində qaz kəməri çəkməyi təklif edərkən başlandı”.

Kiçik Kennedi fikrini davam etdirir: “Bu qaz kəməri Fars körfəzinin sünni krallıqlarına dünya qaz bazarlarında həlledici üstünlüyü təmin edəcək və ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi Qətəri gücləndirəcəkdi”.

Nəşr yazır ki, “Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın maraqlarını müdafiə edib qaz kəmərinin çəkilməsi haqda müqaviləni imzalamaqdan imtina etdi və İrandan Livana gedən borunun xeyrinə seçim etdi”. Bu cür layihə geçəkləşsəydi, “Qətəri deyil, İranı Avropya əsas qaz tədarükçüsü edəcəkdi ki, bu da şərqin sünni ərəblərinin maraqlarına zidd idi”.

Kennedi məxfi hesabatların məlumatlarını göstərərək deyib: “Əsədin Qətər layihəsindən imtinasından dərhal sonra ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin kəşfiyyat xidmətləri rejimin devrilməsi məqsədilə Suriyada qiyam hazırlamağa və müxalifəti maliyyələşdirməyə başladı”.

Həmin sənədlərdə MKİ-nin Barada telekanalına “Əsədin devrilməsi üçün”süjetlərin yaradılmasına 6 milyon dollar köçürdüyü qeyd olunur.

Yeri gəlmişkən, Kennedi vurğulayır ki, Suriya rejimi “sünni monarxiyalarından daha mötədildir, rəhbərliyi plüralistdir, Əsəd isə liberallaşdırma uğrunda çıxış edir və 11 sentyabr teraktından sonra MKİ-yə gərəkli məlumatlar təqdim edirdi”.

Kennedinin aydınlaşdırdığı kimi, yekunda “neft-qaz maraqları hər şeydən üstün olan sünni monaxiyaları 2013-cü ildə ABŞ Suriya liderini devirə biləcəyi təqdirdə, Vaşinqtona bütün xərcləri çəkəcəklərini təklif etdilər”.

Hətta ABŞ dövlət katibi Con Kerri də konqresdəki dinləmələrdə bunu etiraf etdi:“Əslində, onların bəziləri bildirdi ki, “əvvəllər başqa yerlərdə (İraqda) etdiyimiz kimi, ABŞ bütün işi görməyə hazırdırsa, onda bütün xərcləri öz üzərlərinə götürəcəklər”.

Politico-nun materialında deyilir: “Əsədin devrilməsində hamıdan maraqlı olan Qətər üsyançıların hazırlanmasına 3 milyard dollar qoydu və Pentaqonu öz ərazisində yaraqlıları məşq etdirməyə dəvət etdi”.

Müəllif əlavə edir: “Qərbin kütləvi informasiyalarında üstünlük təşkil edən mötədil ərəb üsyanı obrazına baxmayaraq, Amerika kəşfiyyatının strateqləri lap əvvəldən bilirdilər ki, radikal cihadçıların əliylə hərəkət edirlər və onlar, güman ki, Suriya və İraqın sünni bölgələrində özlərinə yeni islam xilafəti yaradacaqlar”.

Kennedi əmindir: "MKİ Amerikanın neft və qaz maraqlarını güdərək Yaxın Şərqdə rejimlərin dəyişdirilməsi üçün praktik olaraq lap yarandığı 1947-ci ildən cihadçılardan istifadə edir. Amerika rəhbərliyi Sovet İttifaqının nüfuzuna qarşı radikal dini qüvvələri etibarlı müttəfiq sayırdı”.

O, yekun vurur: “ABŞ 1957-ci ildə Suriyada çevriliş etməyə və demokratik şəkildə seçilmiş dünyəvi hökuməti devirməyə uğursuz cəhd etdi və bunda ayaq saxlamadı. İŞİD cinayətkar neft qruplaşmasının yaradılması uzunmüddətli Amerika müdaxiləsinin nəticəsi oldu”./Strateq.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR