“National Interest”: “Analitiklər Rusiya ilə bağlı səhv etdilər”
Bizi izləyin

Dünya

“National Interest”: “Analitiklər Rusiya ilə bağlı səhv etdilər”

“Qərb analitikləri Rusiya silahlı qüvvələrində aparılan islahatları ciddi qəbul etmirlər”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “National Interest” nəşri yazıb.

Onun sözlərinə görə, Rusiya ordusu müasir döyüş gücünə çevrilib: “Ekspertlər uzun vaxt bildirirdilər ki, Rusiya müdafiə sənayesinin müasirləşdirilməsi və ordunun yenidən strukturlaşdırılması üzrə proqram kağız üzərində qalacaq. Ekspertlər ciddi səylə proqramdakı çatışmazlıqları axtarırdılar. Rusiya silahlı qüvvələrinin bugünkü müvəffəqiyyətləri göstərdi ki, analitiklər öz proqnozlarında qaçılmaz səhv etdilər”, - məqalənin müəllifi qeyd edib.

Müəllif bildirib ki, Rusiyanın Suriyada fəallığı NATO-nu Rusiyanın döyüş potensialını qiymətləndirməyə məcbur edib: “Hazırda Rusiyanın silahlı qüvvələri müasir döyüş əməliyyatlarını aparmağa qadirdir. Rusiya hərbi dəniz donanmasının gücü və şimal donanmasının tərkibindəki sualtı güclər 1991-ci ildən sonra ən yüksək səviyyəyə çatıb. Birləşmiş Ştatlar İslandiyada öz hərbi obyektlərini bərpa etməyə məcbur olub”.

Nəşr qeyd edir ki, Rusiyanın silahlı qüvvələri döyüş imkanlarını əhəmiyyətli dərəcədə yüksəltdiyi bir vaxtda NATO ölkələrinin əksəriyyəti hərbi büdcələri və orduların sayını azaldıblar.

“Mənfi dinamikanı düzəltməyə Qərb yalnız indi başlayıb”, - “National Interest” yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm