• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Fürerin kişi sevgilisi: Hitler haqqında ŞOK FAKTLAR - FOTOLAR

  • Dünya
  • 27 Fevral 2016 00:29
  • 4 170 Baxış
Fürerin kişi sevgilisi: Hitler haqqında ŞOK FAKTLAR - FOTOLAR

Almaniyanın nasist rəhbəri Adolf Hitlerin homoseksuallara rəğbət bəsləməsi ilə bağlı yeni faktlar Qərb mətbuatında geniş müzakirələrə yol açıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alman fürerin katib, qatı nasist Rudolf Hesslə sevgili olması barədə iddialar diqqəti cəlb edib.

Avropanın bir sıra media orqanları nasist zabitlərindən olmuş Albert Feyxin yaxın dostuna yazdığı məktubun mətnini dərc edərək Adolfun Rudolfla gizli sevgi yaşadığını üzə çıxarıb.

Rudolf Hess 1941-ci ilin ortalarına qədər Hitlerin katibi olub. Qatı nasist, fürerə hədsiz sevgisi, köpək sadiqliyi ilə seçilmiş Hess fürerin xəbəri olmadan Almaniya hərbi təyyarələrinin bombaladığı İngiltərəyə icazəsiz uçuş edib. Fürerin katibi İngiltərə rəhbərliyi, o cümlədən baş nazir Uinston Çerçillə barışıq danışıqları aparmaq istədiyini bildirib. Lakin Çerçil İngiltərə ərazisinə qəfil uçuş etmiş arzuolunmaz qonağın danışıqlar təklifini rədd edib. Hitler isə Rudolf Hessi bağışlamayacağını bildirib və bu posta Martin Bormanı təyin edib.

Rudolf Hessin Hitlerlə “sevgi” macəraları yaşaması haqda iddialar bununla yekunlaşmır. Adolf Hitlerin qeyri-ənənəvi seksual oriyentasiyası haqqında şübhələr ilk dəfə tarixçi Lotara Maxtana kitabının nəşrində üzə çıxıb. Tarixçinin yazdığına görə, 1915-ci ildə Birinci Dünya Müharibəsi cəbhələrində döyüşən gənc Adolf Şiklqruber (Hitler) fransız cəbhəsinə göndərilmişdi. Onun xidmət etdiyi hissə homoseksualların çoxluğu ilə seçilirdi. Bu hərbi birləşmənin adı müharibə sənədlərində kişilər arasında fahişəliyin yayılması ilə əlaqədar qeyd edilib.

Lotara Maxtananın yazdıqlarına görə, 1933-cü ilin yanvarında hakimiyyət sükanı arxasına keçmiş fürer qaranlıq keçmişini gizlətmək üçün bir sıra üsullara əl atdı. Onun homoseksual meyillərini gizlətmək üçün bir neçə yüksək vəzifəli nasist edam etdirməsi bu üsullardan idi.

Hitlerin hakimiyyətə gəlməsində əvəzsiz rol oynamış Ernst Rem fürerlə münasibətlərinin gərginləşməsi zamanı Adolfun homoseksual olması faktını ictimaiyyətə açıqlayacağını bildirib. Hilter isə onu şantajla hədələmiş Remi güllələtmək qərarına gəlib.

Maraqlıdır ki, Hitlerin hakimiyyətə gəlişindən sonra qaraçılar, kommunistlər, sosial demokratlarla yanaşı, homoseksuallar da onun məhv etdirdiyi insanlar siyahısında idi.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR