“Rusiya buna 1991-ci ildən hazırlaşırdı”
Bizi izləyin

Dünya

“Rusiya buna 1991-ci ildən hazırlaşırdı”

“Rusiya Krımı tutmağa 1991-ci ildən hazırlaşırdı. Ukrayna hakimiyyəti iyirmi il ərzində bu təhlükəni anlayırdı, amma qiymətdirmədi”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko xalqa müraciətində deyib.

“Əvvəlki rəhbərlikdə olan insanlar “beşinci kolon” kimi bütün Ukraynanın müdafiə infrastrukturunu dağıdaraq Krımın tutulmasına hazırlaşan rusiyalılara hər cür imkan yaradırdılar. Krım və Sevastopolun müvəqqəti itkisi üçün məhz onlar məsuliyyət daşıyırlar. Bu müvəqqəti itkidir. Biz hər iki inzibati ərazi vahidini Ukraynanın nəzarətinə mütləq qaytaracağıq. Bu fövqəladə dərəcədə mürəkkəb və perspektivli proses artıq başlanıb”, - Poroşenko bildirib.

Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu deyən dövlət başçısı qeyd edib ki, Rusiya oğurladığını qaytarmağa məcbur ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm