Hərbçilər arasında kütləvi dava - VİDEO
Bizi izləyin

Dünya

Hərbçilər arasında kütləvi dava - VİDEO

Çeçenistan Respublikasının Borzoy kəndində yerləşən qoşun hissəsində kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, davanın görüntüləri internetə çıxıb. İnsan Hüquqları üzrə Məsləhət Şurasından da bu informasiya təsdiqlənib.

“Bizim həmkarlarımız dava faktını təsdiq edirlər, amma hələlik hadisənin təfərrüatları yoxdur”, -şuranın hərbi qulluqçuların hüquqları üzrə komissiyasının başçısı Sergey Krivenko bildirib.

“Gazeta.ru” saytının yazdığına görə, davanın səbəbi 16544 saylı qoşun hissəsinin hərbi qulluqçuları ilə yerli sakinlər arasındakı münaqişə olub. Ancaq Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib ki, dava hərbi qulluqçuların özləri arasında baş verib. Dava nəticəsində hərbi quuluqçulardan heç kəs zədələnməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm