
Almaniyada 130 min miqrant “itkin” düşüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2015-ci ildə Almaniyaya gələn 1,1 milyon miqrantdan 130 mini “yoxa” çıxıb.
Almaniya Sol Partiyası tərəfindən göndərilən sorğuya cavab olaraq ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, Almaniyaya gələn miqrantlardan 13 faizinin harada olduğu məlum deyib.
Onların başqa bir Avropa ölkəsinə getdiyi, ya da Almaniya daxilində izlərini itirdirdikləri təxmin edilir.
Ömər Dağlı