NATO-Rusiya qarşıdurması burada başlayacaq – XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

NATO-Rusiya qarşıdurması burada başlayacaq – XƏBƏRDARLIQ

“Baltik dənizində NATO ilə Rusiya arasında qarşıdurma baş verə bilər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsveçin Baş qərargah başçısı Mixael Bayden deyib.

Litvada rəsmi səfərdə olan Bayden BNS informasiya agentliyinə müsahibəsində qeyd edib ki, Rusiya siyasi hədəflərinə çatmaq üçün hərbi gücündən istifadə etmək niyyətindədir və bölgədə hərbi qüvvələrini artırır.

“Digər tərəfdən NATO da bölgədə hərbi mövcudluğunu gücləndirir. Baltik dənizində NATO ilə Rusiya orduları arasında qarşıdurma baş verə bilər. Rusiyanın hərbi təyyarələri son vaxtlar İsveç üçün təhlükəli məsafəyə qədər uçurlar. Bunu qəbul etmək çox çətindir”, - Baş qərargah başçısı söyləyib.

Bayden qeyd edib ki, İsveç bölgədə dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq məcburi hərbi xidmət sistemini bərpa edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm