Ukraynada hakim koalisiya dağılır
Bizi izləyin

Dünya

Ukraynada hakim koalisiya dağılır

"Keçmiş hakim koalisiya faktiki dağılıb və yeni hökumət üçün, yeni fraksiya yaradılmalıdır".

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Poroşenko Bloku” nun Ali Radadakı fraksiyasının lideri Yuriy Lutsenko Feysbuk səhifəsində yazıb. O qeyd edib ki, “Özünəkömək” və “Batkivşina” partiyalarının hakim koalisiyadan çıxması dərin siyasi böhrandan xəbər verir. Parlamentdəki fraksiyaların rəhbərləri gələn həftə danışıqlara başlamalıdır.

Lutsenko bildirib ki, baş nazir Arseniy Yatsenyukun istefaya getmək istəməməsi nəinki, ukraynalılar, həmçinin Ukrayna ilə onun qərb tərəfdaşları arasında etimadsızlığı dərinləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm