Kosovoda toqquşma olub
Bizi izləyin

Dünya

Kosovoda toqquşma olub

Kosovonun paytaxtı Priştinada müxalifət tərəfdarları ilə polis arasında toqquşma olub.

Publika.az xəbər verir ki, polis parlament binasının ətrafına toplaşan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Mərkəzi meydanda çadır quran müxalifət trəfdarları hökumətin istefası və vaxtından əvvəl parlament seçkisi keçirilməsini tələb edirlər.

Polis aksiyaya etirazçılar binaya yandırıcı butulkalar atanda müdaxilə edib. Müxalifət Kosovodakı serb rayonlarına böyük muxtariyyət verilməsi və Çernoqoriya ilə sərhədin yenidən təyin edilməsi ilə bağlı hökumətin planına qarşı çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm