Müharibə bitdi: Suriyada atəşkəs başladı - VİDEO
Bizi izləyin

Dünya

Müharibə bitdi: Suriyada atəşkəs başladı - VİDEO

5 il davam edən müharibədən sonra Suriyada ilk dəfə atəşkəs elan edilib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Bakı vaxtilə saat 02:00-dan etibarən tərəflər silahı yerə qoyaraq ölkədə problemin siyasi yolla həll edilməsi üşün danışıqlara başlamağa razılıq veriblər.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında da, ABŞ və Rusiyanın təklif etdiyi atəşkəs razılaşması yekdilliklə qəbul edilib.

Suriyanın BMT-dəki təmsilçisi Staffan de Mistura münaqişənin siyasi yolla həll edilməsi üşün martın 7-dən etibarən danışıqlara başlanacağını bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ fevralın 22-də Suriyada atəşkəs barədə razılığa gəlib. Azad Suriya Ordusuna cəlb olunan təxminən 100 qruplaşma atəşkəsi qəbul edib. İŞİD və “Ən-Nüsra” Cəbhəsi atəşkəs razılaşmasına daxil edilməyib. Onlara qarşı əməliyatların davam edəcəyi bildirilir. “Ən-Nüsra” Cəbhəsim də Suriya Ordusuna hücumlarını artıracağını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm