Suriyada atəşkəs bir neçə dəqiqə sürdü - VİDEO
Bizi izləyin

Dünya

Suriyada atəşkəs bir neçə dəqiqə sürdü - VİDEO

Suriyada bu gecə Bakı vaxtı ilə 02:00-da atəşkəs əldə edilsə də, Əsəd ordusunun Türkman dağında türkmanlara qarşı hücumu dayanmayıb. Rusiya isə atəşkəsdən öncə Dəməşq və Hələbdə müxaliflərin əlindəki bölgələri havadan bombalayıb.

Publika.az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Evi Rusiyanın Dəməşqdə 60-a qədər hava hücumu keçirdiyini açıqlayıb. Əsəd ordusu da buna paralel olaraq raket atəşləri ilə müxalifət qruplarını vurub.

Suriya İnsan Haqları Evinin məlumatına görə, atəşkəs əldə olunsa da, Əsəd ordusunun türkmanlara qarşı hücumları dayanmayıb. Hətta atəşkəsin imzalandığı saatdan bir neçə dəqiqə sonra hücumlar daha da şiddətlənib.

“Anadolu” agentliyinin məlumatına görə isə, Rakkada İŞİD-lə PYD arasında şiddətli qarşıdurma olub. Ağır silahlardan da istifadə olunan döyüşdə atılan mərmilərin bəziləri Türkiyə ərazisinə də düşüb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm