Avakov: "Krımı qaytarmağa hazırlaşırıq"
Bizi izləyin

Dünya

Avakov: "Krımı qaytarmağa hazırlaşırıq"

“Yeni orduya, yeni milli komandaya, yeni polis təşkilatına ehtiyacımız var. Ukrayna dövləti bunlar üzərində çalışır. Bütün qurumları yenidən yaradanda iradəmizi ortaya qoyacağıq və Krım bizim olacaq”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.

Avakovun sözlərindən sonra Krımın baş prokuroru Natalya Poklonskaya Kiyev rəhbərliyinə sərt reaksiya verib:

“Öz işləri ilə maraqlansınlar. Onları başqa ölkəyə aid torpaqlara göz dikməməyə çağırıram”.

Avakovun məlum çıxışına reaksiya verənlərdən biri də Sevastopol qubernatoru Serqey Menyaylo olub. O deyib ki, yaşanacaq hər hansı bir qarşıdurmada rus əsgərlərindən necə qaçacaqlarını düşünsünlər”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm